19/01/2022

"Sumqayıt" FK Antalyada növbəti yoxlama oyununu keçirib


Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" FK bu gün növbəti yoxlama oyununu keçirib. Aleksey Baqanın yetirmələri Almaniyanın "Berliner" klubu ilə üz-üzə gəlib. Oyundan öncə 20 yanvar şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Komandamız 2:5 hesabı ilə məğlub olub. "Sumqayıt" FK-nın qollarına Tellur Mütəllimov və Murad Xaçayev imza atıb.