20/08/2022

“Sumqayıt” FK Almir Aqanspahiçi heyətinə qatıb


2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Komandamız ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçu Almir Aqanspahiçi 1 illik icarəyə götürüb. 25 yaşlı futbolçu “Sumqayıt” FK-da “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Almir Aqanspahiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspahiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.