"Sumqayıt" FK səfərdə "Araz Naxçıvan"la heç-heçə edib
Misli Premyer Liqası, 20-ci tur
"Araz Naxçıvan" - "Sumqayıt" 1:1
28 yanvar 2024. Saat 15:00. “Dalğa Arena”, 300 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Teymur Teymurov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Vadim Abdullayev, 6 (qeyri-idman hərəkəti); İqor Ribeyro, 19 (qeyri-idman hərəkəti); Vanderson Melo, 73 (qeyri-idman hərəkəti) // Kamran Aliev, 52 (qeyri-idman hərəkəti); İsa Suliman, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Vanderson Melo, 59 // İsa Suliman, 45
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev (39. Tural Bayramlı, 46), 3. Turan Manafov, 7. Nicat Süleymanov (11. Ramin Nəsirli, 73), 22. Elçin Mustafayev, 9. Elvis Maşike (23. Nuno Rodriqes, 46), 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando.
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı (30. Kamran Quliyev, 65), 19. Roi Kehat, 11. Kasimir Ninqa (9. Erik Sorqa, 65), 4. İsa Suliman, 10. Kamran Aliev (12. Abu Dosso, 65), 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı.
Baş məşqçi: Samir Abasov.
Misli Premyer Liqasında 20-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Araz Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbolçularıma təşəkkür edirəm. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bizim üçün həddindən artıq çətin olacaq. Görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, realist yanaşaq. Xallar itirilməyəcək deyə bir anlayış yoxdur. Panikaya düşməmək lazımdır".