"Sumqayıt" FK 1/4 finalın ilk oyununda "Neftçi" ilə qarşılaşıb
Azərbaycan Kuboku, 1/4 final mərhələsi ilk oyunlar
"Sumqayıt" - "Neftçi" 2:3
31 yanvar 2024. Saat 19:00. “Kapital Bank Arena”. 1200 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Şirmamed Mamedov
Dördüncü hakim: Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Tresor Mossi, 41 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 45+2 (hakimin qərarına etiraz); Kamran Aliev, 71 (qeyri-idman hərəkəti); Roi Kehat, 90+3 (qeyri-idman hərəkəti) // Eddi İsrafilov, 27 (qeyri-idman hərəkəti); Dieqo Valdez, 90+4 (oyunun bərpasının ləngidilməsi); Rza Cəfərov, 90+5 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Elvin Bədəlov, 60; Kasimir Ninqa, 89 // Yeqor Boqomolski, 29; Emin Mahmudov, 44 (p.), 45+2
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev (10. Kamran Aliev, 64), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (12. Abu Dosso, 46), 4. İsa Suliman, 9. Erik Sorqa (11. Kasimir Ninqa, 46), 71. Masaki Murata (19. Roi Kehat, 46), 60. Tresor Mossi, (58. Oktavio Manteka, 46).
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov.
Baş məşqçi: Samir Abasov
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov (10. Filip Ozobiç, 46), 17. Rəhman Hacıyev (20. Alfa Konte, 46), 19. Azər Salahlı (7. Azər Əliyev, 64), 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi (26. Ömər Buludov, 90), 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski (88. Brayan Moreno, 46).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 16. Lukas Melano, 22. Reziuan Mirzov.
Baş məşqçi: Miodraq Bojoviç
Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyunlar keçirilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Komandamız 2:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, cütün taleyinə fevralın 9-da "Neftçi Arena"da keçiriləcək cavab qarşılaşmasında aydınlıq gələcək.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Rəqibi təbrik edirəm. Gərgin və maraqlı oyun alındı. Əksər hallarda kubokda ilk oyun bir az sönük keçir. Görünürdü ki, hər iki komanda uduzmaq istəmir. Sanki, komandalar ən önəmli matçlarından birinə çıxmışdı. Futbolçularımı təbrik edirəm. İkinci hissədə yaxşı oynadılar. 0:3-dən sonra sınan komanda kimi görmədik. Komanda inanırdı ki, oyunu çevirə bilər. Rəqibin üçüncü qolu məni məyus etdi. Düşünürəm ki, top meydandan çıxmışdı. Qarşıda cavab oyunumuz var. Bundan əvvəl də yeni stadionumuzda "Neftçi" ilə çempionat matçı keçirəcəyik. İnanıram ki, oyun azarkeşlərin stadiona gəlməyinə səbəb olar".