×

"Sumqayıt" FK Mehdi Hüseynzadə adına stadionda "Neftçi" üzərində qələbə qazanıb

4 Fevral 2024

Misli Premyer Liqası, 21-ci tur

"Sumqayıt" - "Neftçi" 2:1

4 fevral 2024. Saat 15:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 8100 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Rauf Allahverdiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Oktavio Manteka, 39 (qeyri-idman hərəkəti); Kasimir Ninqa, 90+6 (qeyri-idman hərəkəti); Roi Kehat, 90+8 (qeyri-idman hərəkəti) // Eddi İsrafilov, 17 (qeyri-idman hərəkəti); Mark Tamaş, 22 (qeyri-idman hərəkəti); Azər Əliyev, 65 (qeyri-idman hərəkəti)
Qollar: Kasimir Ninqa, 8, 37 // Filip Ozobiç, 90+6 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (60. Tresor Mossi, 90+8), 58. Oktavio Manteka (10. Kamran Aliev, 46), 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Erik Sorqa.

Baş məşqçi: Samir Abasov

 

“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k) (2. Qara Qarayev, 87), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev (88. Brayan Moreno, 46), 7. Azər Əliyev, 4. Mark Tamaş, 6. Dieqo Valdez (10. Filip Ozobiç, 71), 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki (20. Alfa Konte, 46), 77. Yeqor Boqomolski (22. Reziuan Mirzov, 79).

 

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 16. Lukas Melano.

 

Baş məşqçi: Miodraq Bojoviç

 

Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" FK 10 illik fasilədən sonra doğma meydanda - Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda "Neftçi"ni qəbul edib. Samir Abasovun yetirmələri yenilənmiş meydanımızın açılış oyununda rəqibi üzərində 2:1 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"nin qonağı olacaq. Fevralın 13-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 17:15-də start götürəcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bugünkü qələbəyə görə mən klubda söz deyəcək axırıncı adamam. Məndən olsaydı, futbolçularımın hamısının konfransda olmasını istərdim. Onlar bu gün qələbə üçün hər şeyi etdilər. Həm "Sumqayıt", həm də "Neftçi" azarkeşlərinə təşəkkür edirəm. Oyun ritmini saxladılar. Azarkeşlərə səslənirəm. Əvvəl deyirdiz ki, oyun olsun, biz də gələk. İndi oyun da var, nəticə də. Dəstək sizdən, nəticə bizdən".