×

"Sumqayıt" FK Azərbaycan Kubokunda mübarizəni dayandırıb

9 Fevral 2024

Azərbaycan Kuboku, 1/4 final mərhələsi cavab oyunu

"Neftçi" - "Sumqayıt" 1:1 (ilk oyun 3:2)
9 fevral 2024. Saat 19:00. “Neftçi Arena”. 1000 tamaşaçı

Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Andre Şinyaşiki, 32 (hakimin qərarına etiraz); Qara Qarayev, 45+2 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 51 (hakimin qərarına etiraz); Alfa Konte, 60 (hakimin qərarına etiraz); Brayan Moreno, 87 (qeyri-idman hərəkəti); Kilan Lebon, 90+5 (qeyri-idman hərəkəti) // Abu Dosso, 30 (qeyri-idman hərəkəti); İsa Suliman, 90 (qeyri-idman hərəkəti); Roi Kehat, 90+6 (hakimin qərarına etiraz); Səbuhi Abdullazadə, 90+6 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa Petroviç (“Neftçi”), 90+4 (hakimin qərarına etiraz)
Qollar: Filip Ozobiç, 26 // Roi Kehat, 40
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.

 

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki (22. Reziuan Mirzov, 67), 20. Alfa Konte (88. Brayan Moreno, 71), 77. Yeqor Boqomolski (11. Kilan Lebon, 83).

 

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 4. Mark Tamaş.

 

Baş məşqçi: Miodraq Bojoviç

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 90), 4. İsa Suliman, 10. Kamran Aliev (21. Nihad Əhmədzadə, 83), 71. Masaki Murata 60. Tresor Mossi (41. Uğur Cahangirov, 90).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 35. Sənan Muradlı, 9. Erik Sorqa.

Baş məşqçi: Samir Abasov

 

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub. "Sumqayıt" FK müvafiq mərhələnin cavab qarşılaşmasında səfərdə "Neftçi" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə əsasən rəqibinə 3:4 hesabı ilə məğlub olan komandamız Azərbaycan Kubokunda mübarizəni dayandırıb.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Çox yaxşı oynadılar. Zədəlilərimiz var idi, sistemimizi də dəyişdik. Uşaqların bu üç oyunu eyni tonusda saxlaması çox xoş idi. Futbolçularım qələbə qazanmaq, mərhələni keçmək istəyirdi. Sadəcə, birinci oyundakı səhvlərimiz bu yerə çatdırdı. Bu oyunu da çıxara bilərdik. Başabaş oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oyunumuz göründü. Rəqibi təbrik edib, qarşıdakı matçlarda uğurlar arzulayıram".