×

Oyun qaydaları barəsində məlumatlandırıcı təlimlər keçirilib

12 Fevral 2024

“Sumqayıt” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandaları üçün oyun qaydaları ilə bağlı məlumatlandırıcı seminar keçirilib. “Kapital Bank Arena"nın konfrans zalında akademiyamızın koordinatorlarından Azad Mütəllimovun keçirdiyi seminarda oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib. Tədbir zamanı müxtəlif oyunlardan seçilmiş epizodlar müzakirə olunub. Seminar sual cavab bölməsi ilə başa çatıb.