×

"Zirə" - "Sumqayıt" qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb

13 Fevral 2024

Misli Premyer Liqası, 22-ci tur

"Zirə" - "Sumqayıt" 0:0

13 fevral 2024. Saat 17:15. Zirə İdman Kompleksinin stadionu, 600 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rəhman İmami
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Ruan Renato, 9 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 66 (qeyri-idman hərəkəti); İsmayıl İbrahimli, 76 (qeyri-idman hərəkəti) // Abu Dosso, 35 (qeyri-idman hərəkəti); İsa Suliman, 40 (qeyri-idman hərəkəti); Masaki Murata, 75 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Qolla nəticələnməyən penaltilər: Qismət Alıyev, 43 // Rövlan Muradov, 10
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.

 

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov (19. Salifu Suma, 65), 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli (28. Abbas İbrahim, 72), 6. Eldar Quliyev (8. İlkin Muradov, 72).

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov,66. Pərviz Azadov, 52. Emil Bayramov , 87. İlqar Əhmədov.

Baş məşqçi: Rəşad Sadıqov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (10. Kamran Aliev, 79), 12. Abu Dosso (9. Erik Sorqa, 87), 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 22-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"u qəbul edəcək. Fevralın 18-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmaya saat 15:30-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib. Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq geridönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə "Zirə"dən 1 xal almaq pis nəticə deyil".