×

"Sumqayıt" FK "Sabah"la qarşılaşıb

17 Mart 2024

Misli Premyer Liqası, 27-ci tur

"Sumqayıt" - "Sabah" 1:2

17 mart 2024. Saat 19:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabarov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Kasimir Ninqa, 45 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 71 (qeyri-idman hərəkəti); Oktavio Manteka, 80 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 90+5 (qeyri-idman hərəkəti) // Boyan Letiç, 90+2 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 48 (hakimin qərarına etiraz)
Qollar: Erik Sorqa, 84 // Anatoli Nuriyev, 25; Murad Xaçayev, 62 (ö.q.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə (9. Erik Sorqa, 46), 19. Roi Kehat (71. Masaki Murata, 85), 11. Kasimir Ninqa, 58. Oktavio Manteka (10. Kamran Aliev, 81), 12. Abu Dosso, 60. Tresor Mossi (23. Cordan Rezabala, 60).

 

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı.

Baş məşqçi: Samir Abasov

 

 

“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev (40. Rauf Rüstəmli, 75), 8. Ayaz Quliyev (88. Xəyal Əliyev, 68), 2. Amin Seydiyev (17. Tellur Mütəllimov, 86), 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov (19. Emmanuel Apeh, 68), 70. Cesse Sekidika, 28. Kahim Parris (27. Jarl Marqarita, 68).

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 6. Abdulax Xaybulaev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 14. İshak Belfodil.

Baş məşqçi: Krunoslav Renduliç

 

 

Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur evdə "Sabah"la qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz Naxçıvan"ı qəbul edəcək. Martın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq, altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik. Halbuki, matçdan öncəki ehtimallarımızla rəqibin oyunu düz çıxdı. Dəyişikliklərlə çıxışımızı daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Bu, futboldur, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit başla hazırlaşacağıq".