×

"Sumqayıt" FK "Araz Naxçıvan" üzərində qələbə qazanıb

31 Mart 2024

Misli Premyer Liqası, 28-ci tur

"Sumqayıt" - "Araz Naxçıvan" 1:0

31 mart 2024. Saat 18:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Zöhrab Abbasov
Dördüncü hakim: Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Masaki Murata, 68 (qeyri-idman hərəkəti); Oktavio Manteka, 81 (qeyri-idman hərəkəti); Kasimir Ninqa, 88 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 90+5 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Seymur Rəhimov, (“Sumqayıt”) 90+2 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Seymur Rəhimov, (“Sumqayıt”) 90+2 (hakimin qərarına etiraz)
Qol: Kasimir Ninqa, 7 (p.)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka (60. Tresor Mossi, 83), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 46), 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala (10. Kamran Aliev, 73).

 

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 9. Erik Sorqa.

Məşqçi: Mübariz Orucov

 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev (8. İsmail Azzaui, 77), 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando (39. Tural Bayramlı, 41), 9. Elvis Maşike, (10. Orxan Əliyev, 60), 29. Vanderson Melo, 23. Nuno Rodriqes (11. Ramin Nəsirli, 60), 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç (17. İldar Alekperov, 77).

 

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov.

Baş məşqçi: Azər Bağırov

 

 

Misli Premyer Liqasında 28-ci tura yekun vurulub. "Sumqayıt" FK dördüncü dövrənin ilk matçını doğma meydanda "Araz Naxçıvan"a qarşı keçirib. Komandamız 1:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"nin qonağı olacaq. Aprelin 7-də "Neftçi Arena"da keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.

 

Mübariz Orucov ("Sumqayıt" FK-nın məşqçisi): "İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu. Onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq. Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq".