×

"Sumqayıt" FK səfərdə "Neftçi" ilə heç-heçə edib

7 Aprel 2024

Misli Premyer Liqası, 29-cu tur

"Neftçi" - "Sumqayıt" 1:1

7 aprel 2024. Saat 20:00. “Neftçi Arena”, 980 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rauf Cabarov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Filip Ozobiç, 90 (hakimin qərarına etiraz); Höccət Haqverdi, 90 (qeyri-idman hərəkəti) // Səbuhi Abdullazadə, 37 (qeyri-idman hərəkəti); İsa Suliman, 57 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 57 (hakimin qərarına etiraz); Mehdi Cənnətov, 90 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 57 (hakimin qərarına etiraz)
Qollar: Emin Mahmudov, 74 // Yuri Matias, 13 (ö.q.)
Qolla nəticələnməyən penalti: Emin Mahmudov, 74
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 8 dəq.

 

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k) (9. Andre Şinyaşiki, 74), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (2. Qara Qarayev, 85), 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 88. Brayan Moreno (22. Reziuan Mirzov, 74), 77. Yeqor Boqomolski.

 

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 4. Mark Tamaş.

Baş məşqçi: Miodraq Bojoviç

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (60. Tresor Mossi, 73), 11. Kasimir Ninqa (9. Erik Sorqa, 85), 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala (10. Kamran Aliev, 77).

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Neftçi" ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"ni qəbul edəcək. Aprelin 12-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün iki tərəf də qalib gəlmək istəyirdi. Qələbə də qazana bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm. Futbolçularımı təbrik edirəm. Sona kimi yaxşı oynadılar".