×

"Sumqayıt" FK "Səbail" üzərində qələbə qazanaraq 2-ci pilləyə yüksəlib

12 May 2024

Misli Premyer Liqası, 34-cü tur

"Sumqayıt" - "Səbail" 2:1

12 may 2024. Saat 19:30. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Şirmamed Mamedov
Dördüncü hakim: Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Oktavio Manteka, 13 (qeyri-idman hərəkəti); Kasimir Ninqa, 51 (qeyri-idman hərəkəti); Masaki Murata, 77 (qeyri-idman hərəkəti) // Anas Najah, 21 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 68 (qeyri-idman hərəkəti); Adi Mehremiç, 82 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Anar Niftəliyev ("Sumqayıt"), 68 (hakimin qərarına etiraz)
Qollar: Kasimir Ninqa, 41 (p.), 45 // Aleksandr Ramalinqom, 90+5
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (60. Tresor Mossi, 75), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (21. Nihad Əhmədzadə, 90), 11. Kasimir Ninqa (9. Erik Sorqa, 90), 58. Oktavio Manteka (10. Kamran Aliev, 75), 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata (20. Ayxan Süleymanlı, 90+5).

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev.

Baş məşqçi: Samir Abasov

 

 

“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə (77. Ayub Masika, 77), 19. Samir Abdullayev (14. Suleyman Alluş, 69), 88. Valdemar Almeyda (8. Bahadur Həziyev, 77), 4. Adi Mehremiç, 27. Pedro Nuno 55. Nir Bardea (17. Rafael Məhərrəmli, 69), 3. Silvayin Deslandes 21. Anas Najah, 7. Madi Queta (9. Aleksandr Ramalinqom, 69).

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov.

Baş məşqçi: Şahin Diniyev

 

 

Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilib. "Sumqayıt" FK doğma meydanda "Səbail"lə qarşılaşıb. Samur Abasovun yetirmələri rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ın qonağı olacaq. Mayın 18-də "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionerlər canfəşanlıq göstərirdilər, azarkeşləri stadiona dəvət edirdilər. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif, Ədalət Şükürov, onların hər birinə təşəkkür edirəm. Bizim o cür dostlarımız var. Onlar yanımızda olanda motivasiyamız başqa cür olur. Oyuna gəldikdə, futbolçular psixoloji olaraq çox yüklənib. Bu, yaxşı deyil. Avropada olmaq istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də təyziq bu cür oynamağa səbəb olur".