×

"Sumqayıt" FK son turda "Qəbələ"ni məğlub edərək avrokuboklara vəsiqə qazanıb

26 May 2024

Misli Premyer Liqası, 36-cı tur

"Sumqayıt" - "Qəbələ" 1:0

25 may 2024. Saat 19:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9300 tamaşaçı
Baş hakim: 
Tural Qurbanov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Ervin Blank
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Kamran Aliev, 27 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 82 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Ahmed Ayzaya, 22 (qeyri-idman hərəkəti); Eşqin Əhmədov, 55 (qeyri-idman hərəkəti); İbrahim Ramazanov, 62 (qeyri-idman hərəkəti); Əyyub Allaş, 83 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 45 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Şahin Abdullayev (“Sumqayıt”), 90+5 (oyunun bərpasını ləngitdiyinə görə)
Qol: Erik Sorqa, 52
Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 5 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (58. Oktavio Manteka, 88), 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev (9. Erik Sorqa, 46), 71. Masaki Murata, 23. Cordan Rezabala (60. Tresor Mossi, 70).

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov.

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev (12. Nicat Əliyev, 17), 7. Emil Səfərov (11. Asif Məmmədov, 55), 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov (17. Yaovi Akakpo, 84), 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya (30. Şahin Şahniyarov, 55), 9. Əyyub Allaş, 72. Osama Xalayla (20. Bilel Auaşeriya, 55).

 

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 94. Həbib Hüşənov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 3. Zurab Oçiqava.

Baş məşqçi: Kaxaber Tsxadadze

 

Misli Premyer Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub. "Sumqayıt" FK mövsümün son matçında doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. 9300 azarkeşin tribunadan canlı izlədiyi qarşılaşmada Samir Abasovun yetirmələri 1:0 hesabı ilə qələbə qazanıb. Beləliklə, 2023/2024 mövsümünü 57 xalla 4-cü pillədə başa vuran komandamız 2 illik fasilədən sonra ölkəmizi 3-cü dəfə avrokuboklarda təmsil etmək hüququna yiyələnib.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu. İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Konfrans Liqasının dadını çıxaracağıq".