×

"Sumqayıt" FK yoxlama oyununda "Gənclərbirliyi" üzərində qələbə qazanıb

12 İyul 2024

Yeni mövsümə hazırlıqların 2-ci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" FK bu gün ikinci yoxlama oyununu keçirib. Samir Abasovun yetirmələri Türkiyə 1-ci liqası təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Komandamız 35-ci dəqiqədə Cordan Rezabalanın matçda vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.