"Sumqayıt" FK "Neftçi" ilə qarşılaşıb
Misli Premyer Liqası, 21-ci tur
“Neftçi” – “Sumqayıt” 2:0
5 fevral 2023. Saat 18:30. “Bakcell Arena”, 500 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Vüsal Məmmədov
Dördüncü hakim: Səbuhi Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Kilan Lebon, 39 (qeyri-idman hərəkəti); Azər Əliyev, 43 (qeyri-idman hərəkəti); Emin Mahmudov, 45 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 34 (qeyri-idman hərəkəti); Terrens Tisdel, 43 (qeyri-idman hərəkəti)
Qollar: Solomon Kverkveliya, 54; Mateus Saldanya, 64
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi (26. Ömər Buludov, 79), 19. Azər Salahlı, 7. Azər Əliyev (21. İsmayıl Zülfüqarlı, 55), 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber (10. Sezar Meza Kolli, 86), 22. Kilan Lebon (18. Vato Arveladze, 79), 9. Mateus Saldanya (77. Yeqor Boqomolski, 86).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar (21. Nihad Əhmədzadə, 89), 22. Dieqo Karioka, 7. Terrens Tisdel (18. Süleyman Əhmədov, 89), 12. Todor Todoroski (37. Alya Ture, 74). 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Samir Abasov
Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilib. “Sumqayıt” FK bu tur səfərdə “Neftçi” ilə qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sumqayıt” FK Premyer Liqanın 22-ci turunda “Şamaxı”nı qəbul edəcək. Fevralın 12-də “Kapital Bank Arena”da keçiriləcək qarşılaşmaya saat 17:30-da start veriləcək.
Samir Abasov (“Sumqayıt” FK-nın baş məşqçisi): "Yalnız məğlubiyyətə görə üzülürük. Komandamın oyunundan tam razı qaldım. Hər iki hissədə yaxşı oynadıq. Getdikcə daha güclü olacağıq. Yeni oyunçularımıza oyunu tutmaq üçün bir az vaxt lazımdır. Son zərbə anlarında çatışmazlıqlar var. Əks halda qollar da vura bilərdik. Neçənci oyundur, mərkəz müdafiəçisiz oynayırıq. Oyunumuza bu da təsir edir".