“Sumqayıt” FK Kamran Əliyevi heyətinə qatıb
10 Fevral 2023
“Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Komandamız son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt” FK-nın heyətində “23” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.