“Sumqayıt” FK Terrens Tisdellə müqavilə imzalayıb
23 Dekabr 2022
“Sumqayıt” FK heyətini daha bir futbolçu ilə gücləndirib. Komandamız son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb. 2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qol vurmağa da müvəffəq olub.