"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə qarşılaşıb
Misli Premyer Liqası, 23-cü tur
"Qəbələ" - "Sumqayıt" 2:1
18 fevral 2023. Saat 15:00. Qəbələ şəhər stadionu, 455 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Şirmamed Mamedov
Dördüncü hakim: Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: İsnik Alimi, 30 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 45+3 (qeyri-idman hərəkəti); Ruan Renato, 90+4 (qeyri-idman hərəkəti) // Vurğun Hüseynov, 45+3 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 65 (hakimin qərarına etiraz); Todor Todoroski, 90+2 (qeyri-idman hərəkəti)
Qol: Ülvi İsgəndərov, 45; Rafel Utziq, 56 // İsnik Alimi, 85 (ö.q)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k) (10. Omar Hani, 66), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev (28. Murad Musayev, 85), 14. Ülvi İsgəndərov (7. Rövlan Muradov, 66), 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos (9. Əyyub Allaş, 85), 6. Feras Abu Akal (77. Emil Səfərov, 77).
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 33. Hüseyn Mürsəlov, 17. Yaovi Akakpo, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev (18. Süleyman Əhmədov, 46), 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 7. Terrens Tisdel (21. Nihad Əhmədzadə, 70), 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata (37. Alya Ture, 46); (10. Vüsal İsgəndərli, 87).
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra.
Baş məşqçi: Samir Abasov
Misli Premyer Liqasında 23-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qəbələ" ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 24-cü turunda "Kəpəz"i qəbul edəcək. Fevralın 25-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Buradan məğlubiyyətlə getməyimizə üzülürük. Oyunun qırılma nöqtəsi buraxdığımız ikinci qol idi. İlk qoldan sonra futbolçularda ümid var idi. Paltardəyişmə otağından çıxanda özümüzü yaxşı motivasiya etmişdik. Qol vurduq, amma gec vurduq. Bir mövqedən iki oyunçu itirmək çətindir. Bu, bilavasitə oyuna təsir edir. Təəssüf ki, ikinci qol komandanı sındırdı. Bir az ağır oyun keçdi. Qəbələdə oynamaq o qədər də asan deyil. İlk dəqiqələrdən çətinlik hiss edirsən. Futbolçular yüksəklikdə oynamağın çətinliyini hiss etdilər. Buna baxmayaraq birinci hissədə oyun bizim nəzarətimiz altında idi. İki topumuz dirəkdən qayıtdı. Rəqibin isə cəmi bir zərbəsi var idi, o da qolla nəticələndi. Məyus oluruq. Buradan xalla dönə bilərdik. Amma bu, futboldur. Əl-qolumuzu sallamağa vaxtımız yoxdur. Bir məğlubiyyət bizi lap aşağılara ata bilər. Növbəti tur evdə "Kəpəz"lə oyunumuz var. Bundan da çətin olacaq, bundan da çox güc sərf etməliyik".