"Sumqayıt" FK səfərdə "Zirə" ilə qarşılaşıb
Misli Premyer Liqası, 31-ci tur
"Zirə" - "Sumqayıt" 3:1
20 aprel 2025. Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 650 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov
Dördüncü hakim: Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Ruan Renato, 30 (oyunun bərpasının ləngidilməsi); Ange Mutsinzi, 90+3 (qeyriidman hərəkəti) // Alan Dias, 63 (qeyri-idman hərəkəti)
Qollar: Giorgi Papunaşvili, 6; Martins Junior, 45+1; Salifu Suma, 89 // Bobir Abdixolikov, 52
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (15. Pyer Zebli, 79), 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili (6. Eldar Quliyev, 79), 70. İssa Cibrila (7. Məqsəd İsayev, 79), 23. Rafael Utziq (3. Ange Mutsinzi, 85), 18. Martins Junior (29. Ceyhun Nuriyev, 65), 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 11. Rüstəm Əhmədzadə, 53. Şahmar Aşurov, 30. Rikardo Martins.
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k) (12. Giorgi Karaişvili, 59), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın (11. Momo Yansane, 82), 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias (99. Silvanus Nimeli, 72), 23. Ronaldo Vaskez, 60. Tresor Mossi (8. Səbuhi Abdullazadə, 46), 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov
Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Bu komandanın əbəs yerə yuxarı pillələrdə olmamasının şahidi olduq. Bizim də yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Bu cür komandalara qarşı mübariz oyun göstərmək üçün daha da inkişaf etməliyik. Futbolçularıma təşəkkür edirəm. Qarşıda bizi ardıcıl ağır oyunlar gözləyir. Növbəti oyunlara hazırlaşacağıq".