×

"Sumqayıt" FK "Neftçi" ilə heç-heçə edib

29 Aprel 2025

Misli Premyer Liqası, 32-ci tur

"Sumqayıt" - "Neftçi" 2:2

28 aprel 2025. Saat 20:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1400 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Teymur Teymurov

Dördüncü hakim: Rauf Cabarov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Sarı vərəqələr: Tresor Mossi, 71 (qeyri-idman hərəkəti); Giorgi Karaişvili, 90+4 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 90+4 (qeyri-idman hərəkəti) // Mustafa Sek, 90+3 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 90+4 (qeyri-idman hərəkəti); Elvin Camalov, 90+4 (qeyri-idman hərəkəti)

Qollar: Bobir Abdixolikov, 22; Ronaldo Vaskez, 52 // Bassala Sambu, 60; Andrey Ştoqrin, 87

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 7 dəq.

 

“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov (75. Nadir Orucov, 46), 2. Sertan Taşkın (21. Nihad Əhmədzadə, 89), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (12. Giorgi Karaişvili, 82), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskez (60. Tresor Mossi, 68), 9. Bobir Abdixolikov (99. Silvanus Nimeli, 68).

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 24. Sənan Muradlı, 11. Momo Yansane, 77. Casurbek Caloliddinov.

Baş məşqçi: Vaqif Cavadov

 

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 47. Murad Məmmədov (91. Ağadadaş Salyanski, 46), 14. Edvin Kuç (11. Aleks Fernandes, 71), 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 32-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur doğma meydanda "Neftçi"ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, komandamız növbəti turda "Qarabağ"ın qonağı olacaq. Mayın 4-də "Azərsun Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Hər iki tərəfin qalib gəlmək istəyi meydanda açıq-aşkar görünürdü. Baxmayaraq ki qələbə hesabını qoruya bilmədik, lakin ümumi oyunumuzdan razı qaldım. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyunlara hazırlaşacağıq".