"Sumqayıt" FK səfərdə "Kəpəz"lə qarşılaşıb
Misli Premyer Liqası, 34-cü tur
"Kəpəz" - "Sumqayıt" 1:0
11 may 2025. Saat 18:00. Tovuz şəhər stadionu, 400 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Mahamadu Ba, 22 (qeyri-idman hərəkəti); Ümid Səmədov, 78 (qeyri-idman hərəkəti); Əli Səmədov, 89 (qeyri-idman hərəkəti); Yeqor Xvalko, 89 (qeyri-idman hərəkəti); Rati Ardazişvili, 89 (qeyri-idman hərəkəti) Rojerio Santos, 90+5 (oyunun bərpasının ləngidilməsi) // Alan Dias, 29 (oyun qaydalarının sistematik şəkildə pozulması); Giorgi Karaişvili, 87 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Vüqar Mustafayev, 89 (təcavüzkar davranış); Rəşad Əzizli, 89 (təcavüzkar davranış)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vaqif Cavadov, 65 (hakimin qərarına etiraz)
Qol: Rauf Hüseynli, 11 (p.)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 8 dəq.
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev (8. Elmir Tağıyev, 70), 5. Rauf Hüseynli, 21. Camal Cəfərov (99. Əli Səmədov, 83), 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili (88. Şevroni Mabatşoev, 90+2), 3. Mahamadu Ba (10. Karim Lkoça, 70).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 19. Sadiq Şəfiyev, 11. Trent Buhagiar.
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (60. Tresor Mossi, 77), 2. Sertan Taşkın, 7. Rövlan Muradov (99. Silvanus Nimeli, 70), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (12. Giorgi Karaişvili, 57), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskez, 9. Bobir Abdixolikov (11. Momo Yansane, 77).
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov
Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Kəpəz"in qonağı olub. Komandamız rəqibin penaltidən fərqləndiyi matçda minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"u qəbul edəcək. Mayın 18-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim də imkanlarımız var idi. Lakin yaratdığımız fürsətləri qola çevirə bilmədiyimiz üçün məğlub olduq. Necə olacağını deyə bilmərəm, amma, onu bilirəm ki rəhbərliyin hər bir qərarına hörmətlə yanaşacağam. Əgər getməyimin kluba xeyri dəyəcəksə, mən hazıram. Amma digər məsələ odur ki, biz artıq liqada qalmışıq. Əgər növbəti mövsüm şans yaradılsa, mübariz bir kollektiv yaratmağa çalışacam və bundan sonra kimlərsə Vaqif Cavadovun işini qiymətləndirə bilər. Bu gün əlimdən gələni edirəm ki, komandam qalib gəlsin və daha yuxarı pillələrdə qərarlaşsın. Lakin təəssüflər olsun ki bəzi şeyləri dəyişdirmək mümkün deyil".