Hər şey üçün təşəkkürlər, Vaqif Cavadov!
12 May 2025
“Sumqayıt” Futbol Klubu baş məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzu edirik.
V. Cavadov bundan sonra klubumuzun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.