"Sumqayıt" FK "Turan Tovuz" ilə qarşılaşıb
Misli Premyer Liqası, 35-ci tur
"Sumqayıt" - "Turan Tovuz" 0:1
17 may 2025. Saat 17:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Müslüm Əliyev
Dördüncü hakim: Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Roi Kehat, 45+2 (qeyri-idman hərəkəti) // Kauan Martins, 67 (qeyri-idman hərəkəti)
Qol: Emmanuel Hakman, 30
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k) (24. Sənan Muradlı, 73), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə 21. Nihad Əhmədzadə (37. Nihad Orucəli, 90+1), 75. Nadir Orucov, 19. Roi Kehat (77. Cəsurbek Cəloliddinov, 73), 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskes (60. Tresor Mossi, 80), 9. Bobir Abdixolikov (99. Silvanus Nimeli, 73).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 64. Kənan Feyziev, 97. Vüsal Paşayev, 11. Momo Yansane.
Məşqçi: Vurğun Hüseynov
“Turan Tovuz”: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins (5. Roderik Miller, 88), 21. Aleks Souza (19. Orxan Əliyev, 86).
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev
Misli Premyer Liqasında 35-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Turan Tovuz" ilə qarşılaşıb. Komandamız minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK mövsümün son turunda "Səbail"in qonağı olacaq. Mayın 23-də "ASCO Arena"da keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.
Vurğun Hüseynov ("Sumqayıt" FK-nın məşqçisi): "Futbolçulara təşəkkür edirəm. Son ev oyunumuz idi. İstəyirdik ki qələbə qazanıb azarkeşlərimizi sevindirək. Lakin alınmadı. Başqa deyiləsi söz yoxdur".