"Sumqayıt" FK 2024/25 mövsümünü qələbə ilə başa vurub
Misli Premyer Liqası, 36-cı tur
"Səbail" - "Sumqayıt" 1:4
23 may 2025. Saat 19:30. “ASCO Arena”, 150 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Sevda Nuriyeva
Dördüncü hakim: Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: İlkin Muradov, 26 (qeyri-idman hərəkəti); Marko Nikoliç, 83 (qeyri-idman hərəkəti) // Cəsurbek Cəloliddinov, 9 (qeyri-idman hərəkəti); Nadir Orucov, 48 (qeyri-idman hərəkəti); Giorgi Karaişvili, 58 (qeyri-idman hərəkəti)
Qollar: Suleyman Alluş, 21 // Sertan Taşkın, 28; Giorgi Karaişvili, 58 (p.); Ronaldo Vaskes, 79; Roi Kehat, 90+1
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
“Səbail”: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov (83. Nihad Quliyev, 46), 11. Rüfət Abdullazadə (k) (18. Süleyman Əhmədov, 73), 19. Samir Abdullayev (21. Ayman Bouali, 63), 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov (8. Qorka Laruçça, 73), 88. Hacıəli Şirəliyev (89. Ömər Qurbanov, 63), 44. Amir Bilali, 4. Marko Nikoliç, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 20. Mert Çelik, 3. Dmitro Litvin, 5. Gitay Sofir.
Baş məşqçi: Elvin Məmmədov
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın (14. Elvin Bədəlov, 60), 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə (23. Ronaldo Vaskes, 67), 24. Sənan Muradlı, 75. Nadir Orucov (97. Vüsal Paşayev, 85), 12. Giorgi Karaişvili, 99. Silvanus Nimeli (9. Bobir Abdixolikov, 67), 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov (19. Roi Kehat, 67).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 66. Ruslan Əliyev, 11. Momo Yansane.
Məşqçi: Vurğun Hüseynov
Misli Premyer Liqasında 36-cı tura start verilib. "Sumqayıt" FK mövsümün son matçında səfərdə "Səbail"lə üz-üzə gəlib. Komandamız rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. Beləliklə, "Sumqayıt" FK topladığı xalların sayını 33-ə çatdıraraq 8-ci pilləyə yüksəlib.
Vurğun Hüseynov ("Sumqayıt" FK-nın məşqçisi): "Oyunla bağlı danışılası çox şey yoxdur. Uşaqlar toparlanmağı bacarıb mövsümün son oyununda qələbə qazandılar. Bu matç bizim üçün az da olsa önəmli idi. Çünki turnir cədvəlində bir pillə yüksəlmək şansımız var idi. Futbolçulara təşəkkür edirəm. Enişli-yoxuşlu bir mövsüm keçirdik. Bu nəticələr Sumqayıt kimi şəhərə yaraşmır. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. İnşallah növbəti mövsüm daha güclü "Sumqayıt" görəcəksiniz".