×

"Sumqayıt" FK 2024/25 mövsümündə / STATİSTİKA

30 May 2025

Misli Premyer Liqasında 2024/2025 mövsümü başa çatıb. “Sumqayıt” FK geridə qalan mövsümdə 9 qələbə, 6 heç-heçə və 21 məğlubiyyət əldə edib. Keçirdiyi 36 oyunda 33 xal toplayan komandamız mövsümü 8-ci sırada başa vurub.

 

2024/2025 mövsümündə "Sumqayıt" FK-nın heyətində ümumilikdə 34 futbolçu çıxış edib. Bu futbolçulardan Murad Xaçayev 35 oyunda (3150 dəqiqə) iştirak edib. Qeyd edək ki, 1 turu cəza səbəbindən buraxmaq məcburiyyətində qalan Xaçayev keçirdiyi qalan oyunların hamısını əvəzlənmədən bitirib. 3 futbolçumuz isə Muraddan 2 oyun az keçirib. Onlar Elvin Bədəlov (33 oyun; 2798 dəqiqə), Roi Kehat (33 oyun; 2738 dəqiqə) və Səbuhi Abdullazadədir (33 oyun; 2545 dəqiqə).

 

“Sumqayıt” FK 2024/25 mövsümündə 31 dəfə rəqib qapılarına yol tapıb. Həmin qollardan 6-sı Roi Kehatın (33 oyun; 2738 dəqiqə) payına düşür. Qış fasiləsində komandamıza qoşulan Bobir Abdixolikov (13 oyun; 862 dəqiqə) 4 qolla yadda qalıb. Kamran Quliyev (19 oyun; 947 dəqiqə), Jordan Rezabala (17 oyun; 1263 dəqiqə) və Ronaldo Vaskez (15 oyun; 954 dəqiqə) hərəyə 3 dəfə fərqləniblər. Nikola Vuynoviç (13 oyun; 703 dəqiqə) 2 qol, Səbuhi Abdullazadə (33 oyun; 2545 dəqiqə), Rəhim Sadıxov (16 oyun; 1032 dəqiqə), Fernando Medeiros (5 oyun; 287 dəqiqə), Silvanus Nimeli (17 oyun; 810 dəqiqə), Rövlan Muradov (26 oyun; 1750 dəqiqə), Nihad Əhmədzadə (15 oyun; 534 dəqiqə), Ayxan Süleymanlı (24 oyun; 1511 dəqiqə), Momo Yansane (14 oyun; 523 dəqiqə), Sərtan Taşkın (30 oyun; 1643 dəqiqə) və Giorgi Karaişvili (21 oyun; 1056 dəqiqə) isə 1 qol vurmağa müvəffəq olub.

 

Geridə qalan mövsümdə “Sumqayıt” FK-nın ev oyunlarını ümumilikdə 33450 tamaşaçı stadiondan canlı izləyib. 9-cu turda keçirilmiş “Qarabağ”la matçda ən çox (7000), 19-cu turda keçirimiş “Səbail”lə qarşılaşmada isə ən az (600) tamaşaçı sayı qeydə alınıb. Qeyd edək ki komandamızın mövsümlük azarkeş ortalaması 1858-ə bərabər olub.

 

Murad Xaçayev – 35 oyun (3150 dəqiqə)

Elvin Bədəlov – 33 (2798)

Roi Kehat – 33 (2738)

Səbuhi Abullazadə – 33 (2545)

Tresor Mossi – 30 (1771)

Sərtan Taşkın – 30 (1643)

Mehdi Cənnətov – 28 (2520)

Rövlan Muradov – 26 (1750)

Ayxan Süleymanlı – 24 (1511)

Vüqar Mustafayev – 24 (1404)

Giorgi Karaişvili – 21 (1056)

Kamran Quliyev – 19 (947)

Jordan Rezabala – 17 (1263)

Silvanus Nimeli – 17 (810)

Alan Dias – 16 (1210)

Rəhim Sadıxov – 16 (1032)

Miloş Miloviç – 15 (1219)

Ronaldo Vaskez – 15 (954)

Cəsurbek Cəloliddinov – 15 (586)

Nihad Əhmədzadə – 15 (534)

Momo Yansane – 14 (523)

Bobir Abdixolikov – 13 (862)

Nikola Vuynoviç – 13 (703)

Xəyal Fərzullayev – 8 (720)

Nadir Orucov – 8 (337)

Sənan Muradlı – 8 (244)

Uğur Cahangirov – 6 (92)

Fernando Medeiros – 5 (287)

Slavişa Radoviç – 4 (229)

Ruslan Əliyev – 3 (66)

Kristian Velinovski – 2 (15)

Qabil Əlizadə – 1 (12)

Vüsal Paşayev – 1 (5)

Nihad Orucəli – 1 (1)

 

Vurulan qollar: Roi Kehat (6), Bobir Abdixolikov (4), Kamran Quliyev (3), Ronaldo Vaskez (3), Jordan Rezabala (3), Nikola Vuynoviç (2), Səbuhi Abdullazadə, Rəhim Sadıxov, Fernando Medeiros, Silvanus Nimeli, Rövlan Muradov, Nihad Əhmədzadə, Ayxan Süleymanlı, Momo Yansane, Sərtan Taşkın, Giorgi Karaişvili.