“Sumqayıt” FK-nın yay hazırlıq planı məlum olub
8 İyul 2025
İyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” Futbol Klubu məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək. Ayın 25-də Qəbələyə yola düşəcək komandamız hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək. Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə klubumuzun rəsmi media platformalarında məlumat veriləcək.