×

"Sumqayıt" FK Rayan Senhadji ilə müqavilə imzalayıb

23 İyul 2025

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt" FK-da "72" nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, "Sumqayıt" FK buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.