"Sumqayıt" FK Rüstəm Əhmədzadə ilə müqavilə imzalayıb
28 İyul 2025
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız ötən mövsümü "Zirə"də keçirmiş milli komandamızın üzvü Rüstəm Əhmədzadə ilə 2+1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu "Sumqayıt" FK-da "7" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" FK buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini heyətinə qatıb.