×

"Sumqayıt" FK Nikola Ninkoviç ilə müqavilə imzalayıb

29 İyul 2025

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt" FK-da "10" nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiyanın, U-17, U-19 və U-21 millilərinin heyətinə də dəvət alıb.