×

"Sumqayıt" FK mövsümə qələbə ilə başladı

18 Avqust 2025

Misli Premyer Liqası, 1-ci tur

"Sumqayıt" - "Kəpəz" 3:0

17 avqust 2025. Saat 20:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3300 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Rəhman İmami, Gülnurə Əkbərzadə

Dördüncü hakim: Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqələr: Rayan Senhadji, 51 (qeyri-idman hərəkəti); Pedro Pinto, 86 (qeyri-idman hərəkəti) // Ümid Səmədov, 55 (qeyri-idman hərəkəti)

Qollar: Rüstəm Əhmədzadə, 14; Aleksandr Ramalinqom, 26, Aleksa Yankoviç, 37

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 70), 8. Səbuhi Abdullazadə (k) (71. Masaki Murata, 79), 20. Ayxan Süleymanlı (80. Keffel Resende, 70), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji (64. Kənan Feyziyev, 83), 23. Ronaldo Vaskez (10. Nikola Ninkoviç, 70), 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.

Baş məşqçi: Saşa İliç

 

“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev (55. Kresus Donqo, 46), 77. Fərid Nəbiyev (66. Arzu Atakişiyev, 79), 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana (17. Ümid Səmədov, 54), 19. Otar Aptsiauri (20. Elcan Əbilov, 75), 38. Cefferson Bentu, 6. Pedro Qomeş.

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 15. Raul Məmmədov, 23. Fərid Kələntərov, 11. Vitor Feijao.

Baş məşqçi: Adil Şükürov

 

Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümünə start verilib. "Sumqayıt" FK mövsümün ilk matçında doğma meydanda "Kəpəz"lə qarşılaşıb. Komandamız rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qarabağ"ın qonağı olacaq. Avqustun 22-də "Azersun Arena"da keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk ev oyununda qələbə qazandığımız üçün sevincliyik. İlk hissədə yaxşı oynadıq, amma fasilədən sonra problemlər yaşadıq. Bəzi oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Bunları nəzərə alıb, məşqlərdə aradan qaldırmağa çalışacağıq".