"Sumqayıt" FK Höccət Haqverdi ilə müqavilə imzalayıb
3 Sentyabr 2025
2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi komandamızda "3" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2020/21 mövsümündə komandamızla bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm "Sumqayıt" FK-nın şərəfini qoruyub. Komandamızın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.