×

"Sumqayıt" FK səfərdə "İmişli" ilə qarşılaşıb

13 Sentyabr 2025

Misli Premyer Liqası, 4-cü tur

"İmişli" - "Sumqayıt" 1:0

13 sentyabr 2025. Saat 16:30. Quba OİK stadionu, 100 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Asiman Əzizli, Eyyub İbrahimov

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Azər Əsgərov

Sarı vərəqələr: Vüsal Qənbərov, 24 (qeyri-idman hərəkəti); Dioqo Rollo, 31 (qeyri-idman hərəkəti); Yau Moses, 69 (qeyri-idman hərəkəti); İbrahim Əliyev, 75 (qeyri-idman hərəkəti) // Rüstəm Əhmədzadə, 24 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 36 (qeyri-idman hərəkəti); Keffel Resende, 90+3 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Rafael Vieqaş, 90+4 (təcavüzkar davranış)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Gilyerme Albukerke (“İmişli”), 90+4 (texniki zona qaydalarını pozduğu üçün)

Qol: Mehdi Cənnətov, 72 (ö.q.)

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov (21. Abbas Ağazadə, 55), 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses (5. İdris İnqilablı, 86), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan (22. İbrahim Əliyev, 67).

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr.

Baş məşqçi: Jorj Kaşkilya

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k) (6. Rauf Rüstəmli, 85), 75. Nadir Orucov (25. Abdul Raşid Mumini, 73), 19. Roi Kehat (10. Nikola Ninkoviç, 73), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez (71. Masaki Murata, 73), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 85).

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.

Baş məşqçi: Saşa İliç

 

Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "İmişli" ilə qarşılaşıb. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada komandamız minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Sentyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk olaraq onu qeyd edim ki, meydançanın durumu çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Mən adətən süni meydanda oynamaqdansa, təbiidə oynamağı daha üstün tuturam. Amma belə meydandansa, süni daha yaxşı olardı bəlkə də. Buna isə mən yox, federasiya qərar verir. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi”.