×

Vüqar Mustafayev Premyer Liqada 200-cü oyununu keçirib

27 Fevral 2023

“Sumqayıt” Futbol Klubunun oyunçusu Vüqar Mustafayev Misli Premyer Liqasının 24-cü turunda keçirilən “Sumqayıt” – “Kəpəz” qarşılaşmasında Azərbaycan çempionatlarında ümumilikdə 200-cü oyununa çıxıb. 29 yaşlı yarımmüdafiəçinin Premyer Liqada debütü 2013/14 mövsümündə “Bakı”da gerçəkləşib. Vüqar adıçəkilən klubda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyun keçirib. O, meydana çıxdığı 200 oyunda 2 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.