×

"Sumqayıt" FK səfərdə "Sabah"la heç-heçə edib

28 Sentyabr 2025

Misli Premyer Liqası, 6-cı tur

"Sabah" - "Sumqayıt" 1:1

28 sentyabr 2025. Saat 19:00. “Bank Respublika Arena”, 711 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Kahim Parris, 16 (qeyri-idman hərəkəti); Rəhman Daşdəmirov, 80 (qeyri-idman hərəkəti) // Səbuhi Abdullazadə, 11 (qeyri-idman hərəkəti); Rayan Senhadji, 13 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+6 (oyunun bərpasının ləngidilməsi)

Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Kristian Sebalyos (“Sabah”), 66 (hakimin qərarına etiraz); Valerio Zuddas, (“Sabah”) oyundan sonra (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Castinas Qasiunas (“Sabah”), 90+4 (hakimi təhqir etdiyi üçün)

Qollar: Coy Lens Mikels, 27 // Rüstəm Əhmədzadə, 35

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

“Sabah”: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Safranko (k), 21. Velko Simiç (88. Xəyal Əliyev, 70), 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris (8. Ayaz Quliyev, 57), 33. Umarali Raxmonaliyev.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 19. Aron Maluda, 53. Andrey Santos.

Baş məşqçi: Valdas Dambrauskas

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (71. Masaki Murata, 83), 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (23. Ronaldo Vaskez, 57), 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 70), 25. Abdul Raşid Mumini (14. Pedro Pinto, 70).

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 75. Nadir Orucov, 97. Vüsal Paşayev.

Baş məşqçi: Saşa İliç

 

Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Sabah"la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"u qəbul edəcək. Oktyabrın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Çox çətin oyun keçdi. Bu gün güclü rəqibə qarşı oynadıq. Əslində belə rəqiblərə qarşı oynayanda bütün şansları maksimum dərəcədə istifadə etmək lazımdır. Futbolçularımdan razıyam. Görüləcək işlərimiz var. Növbəti oyunlara hazırlaşacağıq”.