"Sumqayıt" FK "Turan Tovuz"la qarşılaşıb
Misli Premyer Liqası, 7-ci tur
"Sumqayıt" - "Turan Tovuz" 0:3
4 oktyabr 2025. Saat 19:30. M.H. Sumqayıt şəhər stadionu, 1400 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Şirmamed Mamedov
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Masaki Murata, 37 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 43 (hakimin qərarına etiraz); Rayan Senhadji, 76 (qeyri-idman hərəkəti); Aleksa Yankoviç, 81 (hakimin qərarına etiraz) // Aleks Souza, 49 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Marko Kaser (“Turan Tovuz”), 28 (hakimin qərarına etiraz)
Qollar: Joarlem Santos, 35; Aleks Souza, 59; Ayxan Hüseynov, 90+3
Qolla nəticələnməyən penalti: Aleksandr Ramalinqom, 72
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k) (6. Rauf Rüstəmli, 64), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez (10. Nikola Ninkoviç, 78), 71. Masaki Murata (19. Roi Kehat, 64), 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 18), 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos (10. Xəyal Nəcəfov, 80), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza (11. Ayxan Hüseynov, 71).
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Kurban Berdiyev
Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Turan Tovuz"la qarşılaşıb. Komandamız 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Karvan-Yevlax"ı qəbul edəcək. Oktyabrın 18-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Əslində çox çətin oyun oldu. Yaxşı oynamadıq amma düşünürəm ki nəticə oyuna görə olmadı. Çempionatın ən güclülərindən biri ilə qarşılaşırdıq. Səhvlərimiz üzərində çalışacağıq”.