"Sumqayıt" FK səfərdə "Zirə" ilə qarşılaşıb
Misli Premyer Liqası, 9-cu tur
"Zirə" - "Sumqayıt" 1:0
25 oktyabr 2025. Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Tərlan Talıbzadə
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Brahim Konate, 90 (qeyri-idman hərəkəti) // Rüstəm Əhmədzadə, 45+1 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 90 (qeyri-idman hərəkəti)
Qol: Brahim Konate, 37
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
“Zirə”: 13. Aydın Bayramov, 70. Namik Ələskərov (77. Yeqor Boqomolski, 61), 32. Qismət Alıyev (k) (14. Elçin Əlicanov, 73), 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 73), 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins (28. Leroy Mikels, 61), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 26. Stefan Aka, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi (14. Pedro Pinto, 73), 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 62), 9. Aleksandr Ramalinqom (10. Nikola Ninkoviç, 62), 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 82), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç
Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə qarşılaşıb. Komandamız minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Noyabrın 2-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Çətin rəqiblərdən biri ilə qarşılaşdıq. İkinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki ilk hissəni də belə oynasaydıq, nəticə başqa cür ola bilərdi”.