"Sumqayıt" FK Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yüksəlib
Bizon Azərbaycan Kuboku, II təsnifat mərhələsi
"Zaqatala" - "Sumqayıt" 0:3
29 oktyabr 2025. Saat 14:00. Zaqatala OİK stadionu. 500 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Səbuhi Soltanov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Kənan Müslümov, 84 (qeyri-idman hərəkəti); Mahmud Məmmədov, 87 (qeyriidman hərəkəti) // Höccət Haqverdi, 11 (qeyri-idman hərəkəti)
Qollar: Aleksandr Ramalinqom, 8; Nihad Əhmədzadə, 34; Aleksa Yankoviç, 85
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 1 dəq.
“Zaqatala”: 89. Amin Ramazanov, 2. İlkin Qırtımov (k), 33. Kənan Müslümov, 77. Sərxan Abdullayev (27. Mahmud Məmmədov, 79), 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 70. Mətin Qəhrəmani (18. Matondo Lumbu Preddi, 86), 17. Kamal Kazımov (7. Asim Babazadə, 86), 19. Kabamba Mardok, 13. Okan Təhməzli (20. Mahir Həsənov, 79), 9. Habibu Abdurəşid (15. Cavad Kərimov, 70).
Ehtiyat oyunçular: 12. Məmməd Muradov, 1. Davud Şabanov, 16. Yusif Dilanov, 34. Davud Mahmudov, 5. İbrahim Məmmədov, 57. Bahadur Quliyev, 11. Əfqan Əliyev.
Baş məşqçi: Rüstəm Məmmədov
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k) (11. Aleksa Yankoviç, 70), 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov (72. Rayan Senhadji, 79), 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom (66. Ruslan Əliyev, 70), 14. Pedro Pinto, 10. Nikola Ninkoviç (19. Roi Kehat, 63), 71. Masaki Murata (37. Nihad Orucəli, 63).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 77. Əli Cəlilzadə, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç
Bizon Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. "Sumqayıt" FK bu mərhələdə "Zaqatala" ilə qarşılaşıb. Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matçda komandamız 3:0 hesablı qələbə qazanaraq adını 1/8 final mərhələsinə yazdırıb. Qeyd edək ki, 1/8 finalda komandamızın rəqibi "Difai" kollektivi olacaq. Mərhələnin oyunları 2-3 dekabr tarixlərində baş tutacaq.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): “Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.