×

"Sumqayıt" FK Nsana Simon ilə müqavilə imzalayıb

1 Noyabr 2025

“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb. Komandamız son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.