×

"Sumqayıt" FK "Səbail" üzərində qələbə qazanıb

5 Mart 2023

Misli Premyer Liqası, 25-ci tur

"Səbail" - "Sumqayıt" 0:1

4 mart 2023. Saat 16:00. “ASCO Arena”, 300 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Maksim Çex, 55 (qeyri-idman hərəkəti);Ağabala Ramazanov, 85 (qeyri-idman hərəkəti); Cabir Əmirli, 90+7 ( qeyri-idman hərəkəti) // Masaki Murata, 55 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 61 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Qustavo de Fransa, 63 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kərim Diniyev, (“Səbail”) oyundan sonra (hakimin qərarına etiraz)
Qol: Terrens Tisdel, 90+7 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 7 dəq.

 

“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov (10. Ağabala Ramazanov, 62), 6. Cabir Əmirli, 22. Samir Abdullayev (9. Mirabdulla Abbasov, 62), 11. Qoba Zakpa (17. Rafael Məhərrəmli, 80), 99. David Qomis, 88. Matiya Lyuyiç (15. Vüqar Həsənov, 86), 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.

Baş məşqçi: Şahin Diniyev.

 

 

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə (23. Kamran Aliev, 78), 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar (7. Terrens Tisdel, 78), 22. Dieqo Karioka (10. Vüsal İsgəndərli, 46), 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Todor Todoroski, 37. Alya Ture.

Baş məşqçi: Samir Abasov.

 

Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Səbail"in qonağı olub. Samir Abasovun yetirmələri rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ın qonağı olacaq. 10 mart tarixində "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Bu oyunda üç xal çox önəmli idi. Məğlub olsaydıq, hansı vəziyyətə düşəcəkdik, daha sonra həmin vəziyyətdən çıxa biləcəkdik, çox suallar var idi. Komandamda istək görünürdü. İki komanda da, eyni vəziyyətdə matça çıxdı, aşağı-yuxarı eyni oyun göstərdik. Lazım olan mübarizə, istək idi. Deyirlər ki, bu cür oyunda hansı komanda qol vursa, qalib gəlir. Belə də, oldu. Penalti futbolçuların göstərdiyi mübarizənin hədiyyəsi idi. Onlara təşəkkür edirəm. Futbolçular sağolsun, verdikləri sözü tutdular”.