×

"Sumqayıt" FK səfərdə "Neftçi" ilə heç-heçə edib

15 Dekabr 2025

Misli Premyer Liqası, 15-ci tur

"Neftçi" - "Sumqayıt" 2:2

15 dekabr 2025. Saat 19:00. “Palms Sports Arena ”, 1164 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Teymur Teymurov

Dördüncü hakim: İslam Məmmədov

VAR: Elçin Məsiyev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqələr: Elvin Bədəlov, 28 (qeyri-idman hərəkəti); Freddi Varqas, 90 (qeyriidman hərəkəti) // Rauf Rüstəmli, 32 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 34 (qeyri-idman hərəkəti); Rayan Senhadji, 48 (qeyri-idman hərəkəti); Nikola Ninkoviç, 90 (qeyri-idman hərəkəti); Xəyal Fərzullayev, 90+5 (oyunun bərpasının ləngidilməsi)

Qollar: İmad Faraj, 35; Bassala Sambu, 50 // Nsana Simon, 74; Səbuhi Abdullazadə, 82

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 82), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (45. Vensan Abubakar, 73), 27. Kristian Kostin (77. Falaye Sako, 82), 11. İmad Faraj (47. Murad Məmmədov, 82), 10. Freddi Varqas, 23. Cordan Rezabala (28. Alessio Kurçi, 89).

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 22. Luis Ortis.

Baş məşqçi: Yuri Vernidub

 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli (9. Aleksandr Ramalinqom, 46), 19. Roi Kehat (95. Nsane Simon, 46), 14. Pedro Pinto, 72. Rayan Senhadji (3. Höccət Haqverdi, 89), 23. Ronaldo Vaskez, 71. Masaki Murata (75. Nadir Orucov, 63), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 63).

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli.

Məşqçi: Şahin Abdullayev

 

Misli Premyer Liqasında 15-ci tura yekun vurulub. Turun bağlanış matçında "Sumqayıt" FK səfərdə "Neftçi" ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, komandamız 2025-ci ilin son matçında "Sabah"ı qəbul edəcək. Dekabrın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.

 

Şahin Abdullayev ("Sumqayıt" FK-nın məşqçisi): “Gözlədiyimiz kimi ağır oldu. Oyunun 60-65 dəqiqəsi rəqibin üstünlüyü ilə keçdi. İlk hissədə əsas problemlərimizdən biri top itkilərimizimizin çox olması oldu. Sonradan topa nəzarət etməyə çalışdıq. Rəqibi analiz etmişdik və bilirdik ki, 65-70-ci dəqiqədən sonra oyunlarında eniş olur. Ona görə bir neçə oyunçunu ehtiyatda saxlamışdıq. Etdiyimiz dəyişikliklər də uğurlu oldu, yekunda 1 xalı qazana bildik”.