AFFA-nın Hakimlər Komitəsi tərəfindən komandamıza oyun qaydaları ilə bağlı seminar keçirilib
29 Yanvar 2026
AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt” FK-nın oğlanlardan və qızlardan ibarət əsas komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında baş tutan tədbirdə komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.