×

"Sumqayıt" FK səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb

15 Fevral 2026

Misli Premyer Liqası, 20-ci tur

"Araz-Naxçıvan" - "Sumqayıt" 1:0

15 fevral 2026. Saat 17:00. “Liv Bona Dea Arena”, 150 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Sarı vərəqə: Bar Kohen, 30 (qeyri-idman hərəkəti) Mustafa Əhmədzadə, 62 (qeyri-idman hərəkəti); Rahil Məmmədov, 66 (hakimin qərarına etiraz); Coşqun Diniyev, 67 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 87 (qeyri-idman hərəkəti) // Höccət Haqverdi, 90+3 (hakimin qərarına etiraz)

Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rikkardo De Vivo, 73 (hakimin qərarına etiraz) // Saşa İliç, 52 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74 (təcavüzkar davranış)

Qol: Ramon Maçado, 45+5 (p.)

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado (23. Nuno Rodriqes, 85), 10. Felipe Santos (14. Ülvi İsgəndərov, 85), 70. Şarl Boli (7. Hamidu Keyta, 60), 19. Bar Kohen (11. Ba-Muaka Simakala, 68).

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 77. Bruno Franko.

Baş məşqçi: Andrey Demçenko

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (29. Emil Mustafayev, 83), 19. Roi Kehat (23. Ronaldo Vaskez, 68), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (8. Səbuhi Abdullazadə, 68), 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (6. Sedrik Badolo, 75), 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji.

Baş məşqçi: Saşa İliç

 

Misli Premyer Liqasında 20-ci turun oyunları keçirilib. "Sumqayıt" FK səfərdə "Araz-Naxçıvan"la üz-üzə gəlib. Komandamız rəqibinə minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qəbələ"ni qəbul edəcək. Fevralın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.

 

Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Hesab edirəm ki bu gün məğlub olmamalıydıq. Lakin penaltidən buraxdığımız bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Futbolda belə şeylər olur. Bərabər səviyyəli oyun göstərsək də, sonda bəxtsizliklə üzləşdik. Qarşıda bizi asan oyunların gözlədiyini də deməzdim. Düşünürəm ki, növbəti turlarda da ciddi rəqiblərlə qarşılaşacağıq”.