×

Məktəbli qızlarla məşq xarakterli görüş təşkil olunub

20 Fevral 2026

Ölkəmizdə qadın futbolunun təbliği məqsədi ilə “Sumqayıt” Futbol Klubunun qızlardan ibarət əsas komandasının üzvləri ilə Sumqayıt şəhər N. Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdləri arasında məşq xarakterli görüş təşkil olunub.

 

Görüşdə qızlar komandamızın baş məşqçisi Zaur Hidayətov tərəfindən məktəblilərə futbol oyunu ilə bağlı əyləncəli məşqlər keçirilib. Daha sonra isə komandalar şəklində ikitərəfli oyun oynanılıb. Yekunda məktəblilərə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.