"Sumqayıt" FK "Qəbələ" ilə heç-heçə edib
Misli Premyer Liqası, 21-ci tur
"Sumqayıt" - "Qəbələ" 0:0
20 fevral 2026. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə
Dördüncü hakim: İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Mehdi Cənnətov, 33 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 39 (qeyriidman hərəkəti) // Xayme Syerra, 90 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Qolla nəticələnməyən penalti: Adriel Ba Loua, 34
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat (8. Səbuhi Abdullazadə, 69), 72. Rayan Senhadji, 6. Sedrik Badolo (10. Nikola Ninkoviç, 46), 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez (95. Nsana Simon, 86), 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (29. Emil Mustafayev, 81), 25. Abdul Raşid Mumini (75. Nadir Orucov, 81).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç
“Qəbələ”: 93. Rza Cəfərov, 7. Turan Manafov (66. Nuğay Rəşidov, 61), 13. Nicat Əliyev (k) (27. Eşqin Əhmədov, 71), 24. İsmael Akinade (12. İbrahim Sanqare, 71), 33. Seydina Keyta, 50. Adriel Ba Loua (14. Domi Massumo, 61), 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoah, 30. Prins Ovusu (70. Paulo Quimbila, 90+1).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov.
Baş məşqçi: Kaxaber Tsxadadze
Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ"ni qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Kəpəz"in qonağı olacaq. Fevralın 27-də Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 14:30-da start veriləcək.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynadıq deyərdim. İkinci hissədə də oyunumuzu düzəltməyə çalışdıq. Lakin bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik. 1 xal qazansaq da, bunu qənaətbəxş saymıram”.