×

"Sumqayıt" Futbol Akademiyasında “İstedad Proqramı” layihəsi davam edir

14 Mart 2023

“Sumqayıt” Futbol Akademiyasında “İstedad Proqramı” layihəsi 2023-cü ildə növbəti qrupla aidiyyatı üzrə davam edir. Bu layihə akademiyamızda futbolun sirlərini öyrənən, gələcək vəd edən perspektivli futbolçularla fərdi sistem üzərindən inkişaf proqramıdır. “İstedad Proqramı”nın bu mərhələsində U-12-dən U-15-dək olan komandalarımızda fərqlənən 12 futbolçu iştirak edir. Qeyd edək ki, “İstedad Proqramı”nın ilkin mərhələsində ötən il U-15, U-16, U-17 və U-19 komandalarımızın aparıcı üzvləri iştirak edirdi. Həftədə bir dəfə həftənin bazar ertəsi günləri keçirilən layihə 4 modul üzrə mövsümün sonuna qədər davam edəcəkdir. Layihəni keçirməkdə əsas məqsəd daha perspektivli akademiya üzvlərimizin futbola yanaşması, gündəlik həyatları, təhsilləri və digər məsələləri diqqətdə saxlamaqdır.

Bundan başqa, “İstedad Proqramı” layihəsindəki futbolçularımız həftədə bir dəfə olmaqla ingilis dili dərslərində iştirak edir. Layihə çərçivəsində futbolçulara fərdi məşqlərlə yanaşı, fiziki göstəricilərin artırılması yönündə xüsusi çalışmalar, öz oyunlarının video analizləri, texniki məşqlər və şahmat oyunları da keçirilir.

12 nəfərlik “İstedad Proqramı”nda mövsüm ərzində dəyişikliklər də oluna biləcək. Belə ki, məşqlərdə özlərini yaxşı tərəfdən göstərən digər futbolçularımız da mütəmadi olaraq bu layihəyə cəlb oluna biləcək.