"Sumqayıt" FK "Araz-Naxçıvan" üzərində qələbə qazanıb
Misli Premyer Liqası, 31-ci tur
"Sumqayıt" - "Araz-Naxçıvan" 2:1
9 may 2026. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1100 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Tərlan Talıbzadə
Dördüncü hakim: Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Nikola Ninkoviç, 54 (qeyri-idman hərəkəti) // Şarl Boli, 54 (qeyri-idman hərəkəti)
Qollar: Aleksandr Ramalinqom, 45+2; Rahil Məmmədov, 90+3 (ö.q.) // Ba-Muaka Simakala, 63
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (72. Rayan Senhadji, 39), 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (7. Rüstəm Əhmədzadə, 75), 6. Sedrik Badolo (29. Emil Mustafayev, 86), 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez (95. Nsana Simon, 75), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Məşqçi: Veliçko Kaplanoviç
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k) (26. Ömər Buludov, 63), 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes (19. Bar Kohen, 63), 7. Hamidu Keyta (70. Şarl Boli, 46), 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko (5. Slavik Alxasov, 88).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado.
Baş məşqçi: Andrey Demçenko
Misli Premyer Liqasında 31-ci turun oyunları keçirilib. "Sumqayıt" FK doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gəlib. Komandamız rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"nin qonağı olacaq. Mayın 17-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.
Veliçko Kaplanoviç ("Sumqayıt" FK-nın məşqçisi): “İlk növbədə oyunçularımızı və azarkeşlərimizi təbrik edirəm. Maksiumum istək göstərdik və qələbə qazandıq. İlk hissədə yaxşı çıxış etdik. Lakin ikinci hissədə rəqib üstünlüyü ələ aldı. Sevinirəm ki, son saniyələrədək xarakter göstərdik və qələbə qolunu vura bildik”.