"Sumqayıt" FK mövsümün son oyununda "Qarabağ"la qarşılaşıb
Misli Premyer Liqası, 33-cü tur
"Sumqayıt" - "Qarabağ" 3:4
22 may 2026. Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 6800 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Mirnihad Seyidov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Səbuhi Abdullazadə, 57 (qeyri-idman hərəkəti); Danilo Beskorovaynıy, 72 (qeyri-idman hərəkəti) // Marko Yankoviç, 57 (hakimin qərarına etiraz); Emmanuel Addai, 72 (qeyri-idman hərəkəti); Ramil Şeydayev, 72 (qeyri-idman hərəkəti)
Qollar: Səbuhi Abdullazadə, 53; Rüstəm Əhmədzadə, 76; Emil Mustafayev, 90+3 // Ramil Şeydayev, 3, 64; Emmanuel Addai, 21; Aleksey Kaşuk, 85
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə (20. Ayxan Süleymanlı, 88), 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov (24. Sənan Muradlı, 74), 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo (10. Nikola Ninkoviç, 67), 33. Danilo Beskorovaynıy, 95. Nsana Simon (11. Aleksa Yankoviç, 67).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev.
Baş məşqçi: Saşa İliç
“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (74. Səbuhi Niftiyev, 86), 27. Toral Bayramov, 80. Bəhruz Qurbanlı (47. Mehdi Mütəllimli, 69), 32. Hikmət Cəbrayılzadə, 82. Məhəmməd İmaməliyev (66. Hacı İbrahim, 86), 8. Marko Yankoviç (76. Nicat Xasıyev, 86), 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə.
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasında 33-cü turun oyunları keçirilib. "Sumqayıt" FK mövsümün son matçında "Qarabağ"ı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK mövsümü 41 xalla 7-ci pillədə başa vurub.
Saşa İliç ("Sumqayıt" FK-nın baş məşqçisi): "Maraqlı oyun keçdi. Kifayət qədər qollar izlədik. Hətta yararlana bilmədiyimiz bir neçə epizod da oldu. Düşünürəm ki son turda azarkeşlər hər iki komandanın ifasında baxımlı oyuna şahid oldular. Mövsümün son oyununda bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm”.