×

Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub

2 İyul 2026

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat baş tutub. Bu vəzifəni Adil Şükürov icra edəcək. 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.