“Sumqayıt” FK Jeam Oliveyra ilə müqavilə imzalayıb
3 Avqust 2026
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb. Komandamız son klubu Braziliyanın “Kaşias” kollektivi olan hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb. Qeyd edək ki, 31 yaşlı futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidir.