"Sumqayıt” FK Tiaqo Almeyda ilə müqavilə imzalayıb
16 Avqust 2026
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb. Komandamız son klubu Portuqaliyanın “Şaves” kollektivi olan cinah müdafiəçisi Tiaqo Almeyda ilə 1 illik müqavilə imzalayıb. 24 yaşlı portuqaliyalı futbolçu “21” nömrəli formada çıxış edəcək.